Nazir, İcra başçısı və millət vəkili Corat qəsəbəsində oldu - FOTOLAR

4774

Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilir, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi diqqət mərkəzində saxlanılır.

Gənclər və İdman naziri Azad Rəhimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı Hicran Hüseynova Corat qəsəbəsində olub, burada Corat İdman Klubunun fəaliyyəti ilə yaxından tanış olublar.

Vurğulanıb ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.

Qeyd olunub ki, dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Corat İdman Klubuna güləş döşəyi təqdim olunub. Vurğulanıb ki, qəsəbədə idman ifrastrukturunun daha da təkmilləşdirilməsi üçün digər zəruri tədbirlər də görüləcək.

Qəsəbə sakinləri və gənc idmançılar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər