Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Qalib Rəhimov işdən azad edilib.
Bununla bağlı Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Xəbəri DİN-dən saytımıza təsdiqləyiblər.
Onun pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduğu bildirilir.
Qeyd edək ki, Q. Rəhimov uzun müddətdir ki, bu vəzifədə çalışırdı.
O, bir müddət əvvəl mətbuatın gündəminə oğlu Arif Rəhimovun piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı gəlmişdi. A. Rəhimov məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.“Qafqazinfo”