Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölüyünə yeni komandir təyin edib.
Sumqayitxeber.com avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunaraq Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinə komandir təyin olunub.
Əvvəlki komandir Vüqar Qasımov isə nazirin əmri ilə sərəncama göndərilib.