Nazir Zakir Nəsirovun oğlunu müşavir təyin etdi

2175

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə yeni müşavirlər təyin edib.

“Qafqazinfo” Criminal.az-a istinadən xəbər verir ki, nazirin təyin etdiyi müşavirlərdən biri Vüsal Nəsirli Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğludur. 11 il həbsdə olan Z.Nəsirov 2017-ci ilin aprelində azadlığa buraxılıb.

General Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunub. Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general 2005-ci il iyulun 8-dən həbsdə idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər