Nazirlik Bakı-Sumqayıt yolundakı dəhşətli qəza ilə bağlı məlumat yaydı

2628

Daxili İşlər Nazirliyi dünən Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bildirilir ki, qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədovdur.

Sərnişini, Sumqayıt şəhər sakini  Rəsulzadə Rəcəb Mikayıl oğlu isə keçmiş DYP işçisinin oğludur.

Faktla bağlı araşdırmalar aparılır.

Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər