Səhər saatlarından başlayan mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib. Nəticədə atmosfer havasında tozun miqdarı artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şimal- qərb küləyinin sürətinin Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə isə 20 m/s-dək gücləndiyi barədə məlumçat yayıb. Güclü küləklə əlaqədar olaraq, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.