Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxsləri saxlayıb.
Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, araşdırma zamanı icazəsiz ov edən şəxslərin Sumqayıt şəhər sakinləri Kamran Xudaverdiyev və İlham İsmayılov olduğu müəyyən edilib, onlardan balıq və ov alətləri götürülüb.
Faktla bağlı brakonyerlər barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.