Nazirlik Sumqayıtda 19 nəfərin yaralandığı hadisə barədə məlumat yaydı

1420

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

sumqayitxeber.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 21-də saat 17 radələrində Sumqayıt şəhərinin M.Əzizbəyov və Nizami küçələrinin kəsişməsində şəhər sakinləri H.Rəcəbov idarə etdiyi “Toyota Prado” markalı avtomobili C.Əhmədovun idarə etdiyi “AKİA” markalı avtobusa vurub. Sürücü idarəetməni itirdiyindən avtobus yaşayış binasının divarına dəyib. Nəticədə avtobusun 19 sərnişini xəstəxanaya yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər