Nazirlik Sumqayıtda zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı araşdırma aparır

936

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Azərbaycan prospekti 18-ci məhəllədə, C.Cabbarlı adına mədəniyyət evi ilə üzbəüz ərazidə zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı daxil olmuş siqnal əsasında nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırma zamanı yaşıllıq sahəsində yaşköküstə diametri 30-52 sm olan 4 ədəd eldar şamı və diametri 16 sm olan 5 ədəd zeytun ağacının qanunsuz kəsildiyi aşkar edilib.

 

Baxış zamanı ərazidə texnika vasitəsilə torpaq qazma və hamarlama işləri aparıldığından digər ağac və kol cinslərinin kəsilməsini və ya kökündən çıxarılmasını müəyyən etmək mümkün olmayıb. Qeyd olunan faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib, təqsirkarın müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər Prokurorluğuna və Polis İdarəsinə müraciət olunub.

 

Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər