Necə qənaətcil olmalı?

1367

000_0515Sumqayıtlı blogger Nailə Cəfərova öz blogunda (nailacafarova.wordpress.com) şəhər həyatı ilə bağlı maraqlı mövzulara toxunub. Yazıların aktuallığını nəzərə alaraq saytımızda yerləşdiririk:

Mən Sumqayıtın Katec adlı məhəlləsində yaşayıram. Məhəlləmiz şəhər səs-küyündən bir az uzaqdır. İşə gedib-gəlmək üçün çox vaxt sərf edərəm. Vaxtsa qızıldır. Nə qədər vaxta qənaət etməyə çalışsam da, alınmır… Amma qonşularım bunu çox gözəl bacarır. Öyrənməyə dəyər…

Umumiyyətlə məhəlləmizin sakinləri sakit və zəhmətkeşdir. Hərənin başı öz işinə elə qarışıb ki, qonşunun qeybətini etməyə belə vaxtları yoxdur. Vaxta çox qənaətcildirlər. O qədər vaxta qənaitcildirlər ki, zibil paketini zibil kanteynerinə atmağa vaxt sərf etməmək üçün qonşu qapısına, yol kənarına atmağı ən səmərəli variant hesab edirlər. Məncə bu tibbi cəhətdən də xeyirlidir. Çünki zibili atarkən qonşu səni görər deyə o qədər həyəcanlanırsan ki, qanda adrenalin də artır.000_05271

000_0526Bu fotoda gördüyünüzü plastik qabların qəbul məntəqəsilə səhv salmayın! Bu da bizim məhəllədən keçən Acı-dərəsi yarğanıdır. 8 km uzunluğa malik olan bu yarğan şəhərin qrunt sularını Xəzərə axıdır. Sağ və sol sahilində yerləşən ev sakinləri isə məişət tullantılarını bura atmaqla kifayətlənməyib, kanalizasiya sularını da bu dərəyə axıdırlar. Əgər internet vasitəsilə bu mənzərənin qoxusunu hiss etmək imkanı olsaydı, yəqin ki, indi otağı tərk etmiş olardınız. Məncə ən qənaətcil sakinlər bu ərazidə yaşayanlardır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    İyul 1, 2010 - 01:26

    Şəhərin fontanlarinı yox belə yerlərini tez-tez göstərmək lazımdır ki,bəlkə bunu edənlər və buna həmişəki kimi göz yuman qurumlar bəlkə nəsə tədbir gördü .Müəllifin bu problemlərə laqeyd qalmamasından doğan bu addımını alqışlayıram.

  • imran
    İyul 1, 2010 - 01:28

    Şəhərin fontanlarinı yox belə yerlərini tez-tez göstərmək lazımdır ki,bəlkə bunu edənlər və buna həmişəki kimi göz yuman qurumlar bəlkə nəsə tədbir gördü .Müəllifin çoxsaylı belə problemlərə laqeyd qalmamasından doğan bu addımını alqışlayıram.

  • Bahar
    İyul 1, 2010 - 15:26

    Ele biz terefde de rast gelmek olur bele hallara.Amma sekilde gorduyumuz qeder de berbat veziyyetde deyil.Zibil qutusu -3 addim o terefde yerlesir.Yeke arvadlar utanmirlar yol qiragina atirlar zibili.Dogurdan da gor menevi cehetden ne qeder kasad insanlardi.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər