Nəhəng şəhərlər: xərc nəyə gedir?

1021

“Sputnik” agentliyi nəhəng şəhərlərin əhalisinin xərcləri üzrə hesabat dərc edib. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, Rusiya paytaxtı Moskvada əhalinin xərclərinin 29%-i mənzil kirayəsinə, 28%-i ərzağa, 12%-i ictimai iaşəyə, 14%-i nəqliyyata, 5%-i idmana və istirahətə, 9%-i kommunal xidmətlərə, 3%-i geyimə sərf olunur.

Nyu-Yorkda (ABŞ) xərclərin 48%-i mənzil kirayəsinə, 27%-i ərzağa, 10%-i ictimai iaşəyə, 6%-i nəqliyyata, 5%-i idman və istirahətə, 3%-i kommunal xidmətlərə, 1%-i geyimə gedir.

Londonlular (Böyük Britaniya) xərclərinin 44%-ni mənzil kirayəsinə, 20%-ni ərzağa, 12%-ni ictimai iaşəyə, 13%-ni nəqliyyata, 5%-ni idman və istirahətə, 4%-ni kommunal xidmətlərə, 2%-ni geyimə sərf edir.

Parisdə (Fransa) əhalinin xərclərinin 34%-ni mənzil kirayəsi, 29%-ni ərzaq, 13%-ni ictimai iaşə, 10%-ni nəqliyyat, 5%-ni idman və istirahət, 6%-ni kommunal xidmətlər, 3%-ni geyim aparır.

Berlində (Almaniya) mənzil kirayəsinə xərclərin 29%-i gedir. Ərzaq xərclərin 28%-ni, ictimai iaşə 12%-ni, nəqliyyat 14%-ni, idman və istirahət 5%-ni, kommunal xidmətlər 9%-ni, geyim 3%-ni təşkil edir.

Braziliyanın San-Paulu, Avstraliyanın Sidney şəhərlərinin və Cənubi Koreyanın paytaxtı Seulun da yer aldığı hesabata görə, mənzil kirayəsi ən çox Nyu-Yorkda pul yeyir.

Seul ərzağa xərclər üzrə hamıdan irəlidədir.

İctimai iaşə xərcləri üzrə San-Paulu, nəqliyyat xərcləri üzrə Moskva öndədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər