Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlı Nərmin Quliyevanın öldürülməsindən danışıb.
Oxu.Az-ın məlumatına görə, Zakir Qaralov yanvarın 9-da keçirlən əməliyyat müşavirəsində deyib ki, məsələ dövlət başçısının xüsusi nəzarətindədir:
“İctimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib”.