Nəsimi irsi Sumqayıtda şairin adını daşıyan parkda tədris edilir – VİDEO

1497

Prezident İlham Əliyev hər zaman bütün sahələr kimi, ədəbiyyatı da diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın dünyada təbliğ olunmasına önəm verir. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq fərman və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir. Dövlət başçısının İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sumqayıtda Nəsimi adına istirahət parkında ucaldılan  dahi şairin abidəsi də parka gələn insanlarda onun haqqında xoş təəssürat yaradır. Məktəblilərə də Nəsimi irsi   abidə ətarfında,açıq havada tədris  edilir.

Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şerin inkişafında  öz mütərəqqi xüsusiyyətlərilə mühüm rol oynayıb. Çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş olan istedadlı sənətkar Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şerin əsasını qoyub.Sumqayıt şəhərində də  dahi şairin  adını daşıyan parkda bürüncdən  abidəsi qoyulub. Yerli əhəmiyyətli abidə 2003-cü ildə heykəltaraşlar Vaqif Nəzirov və Aqil Quliyev tərəfindən işlənilib.Müəlliflərdən biri Vaqif Nəzirov heykəlin burda qoyulmasının belə izah edir ki,bu park əvvəldən Nəsiminin adnı daşıyıb.Abidəni qoyanda da bu yer təsadüfən seçilmiyib. Çünki şəhərə gələn qonaqlar parka düşməzdən əvvəl burda Nəsimi abidəsi görüb sonra düşür gəzməyə və beləcə insanlarda Nəsimi haqqında təsəvvür yaranır.

Nəsimi irsi bu gün ümumtəhsil müəssisələrində də dərindən öyrənilir, onun Azərbaycan ədəbiyyatına verdiyi töhvələr şagirdlərə məhz abidə ətrafında, açıq havada izah edilir.

Nəsimi irsi hər zaman aktuallığını qoruyub saxlayıb. Bu gün də cəmiyyətdə insanların kamil insan olması üçün onun qəzəllərində ibrətamiz fikirlər öz aktuallığını saxlayır.

Nəsiminin yazdığı qəzəllər məktəblilər tərəfindən sevilir, çünki Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib.

İstirahət parkının dənizkənarı bulvara çıxması bura gələnlərin sayını artırır.İstirahət edən istər yerli,istər xarici turistlər də Nəsimi haqqında məlumatlı olurlar.

Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi İli” elan edilməsi barədə Sərəncamının əhəmiyyəti bir də ondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb. Eyni zamanda, bəyan edilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Yəni o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyil. Bu mənada Nəsimi irsi bütün xalqların sərvətidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər