Nevroloqların məsləhət gördüyü 7qida – Beyin və sinirlər üçün vacibdir

184

“Bizim beynimiz ətrafımızda yaşam və reallığı yaradan bir mərkəzdir. O, informasiyanı alır, analiz edir və hər şey haqqında düşüncələrimizi formalaşdırıb. Biz beynimizdə analiz olunan informasiya ilə danışırıq. Ona görə biz gündəlik qidamızda məhz beyin üçün vacib olan maddələri çoxaltmalı və onun bizdən yaxşı şeylər almasını təmin etməliyik”. Bu sözlər məşhur nevrooloq Kelsi Brennerə məxsusdur.
Məlumdur ki, ürək-damar, diabet, həzm sistemi üçün ayrıca dietalar və qidalanma qaydaları var. Əgər bütün orqanlar qidalanmadan asılıdırsa, beyin bundan kənarda deyil.
Medicina.az xəbər verir ki, beyinə faydalı rasiona əməl etməklə insan ta qocalana kimi əqlin itiliyi, diqqət, yaddaş, intelekt və s qoruya bilər, nevroloji, psixi pozulmalardan qoruna bilər.
Sizə Klivlend klinikasının həkimi Marvan Sabbahın beyin üçün pəhriz qaydalarını təqdim edirik.
Hansı qidaları beyin sevir və onları hər gün yeməlisiz.
 
1.Əsl qara qəhvə
“Beyinə xatir siz hər gün 1-2 fincan yaxşı qəhvə içməyə vərdiş etməlisiz- deyə nevroloq Zembrovski deyir. Lakin qəhvəyə şirinləşdirici siroplar, şəkər, qaymaq, əlavələr qatmadan.
Yaxşı qəhvə serotonin hormonunu artırır, kofein diqqəti artırır, yuxu gətirən adenozin fermentini bloklayır, tonusu artırır. Qəhvəni axşam 7dən sonra içmək olmaz
2.Balıq və dəniz məhsulları
Yağlı balıq – sardina, losos, farel, semqa, dəniz ilbizi, molyusk, skumbriya Omeqa 3-6 ilə zəngindir. Nevroloq Zembrovski bildirir ki, bu qidalarda dokozaqeksan turşusu var. Onlar əhvalı yüksək tutur, koqnitiv vərdişləri artırır
3.Qara düyü
Bu düyü nəinki modellərin, oliqarxların dəbli düyüsüdür, həm də tərkibindəki antosiana görə beyin üçün vacibdir. Bu antioksidant sinir impulslarının ötürülməsini yaxşılaşdırır, neyroplastikliyi artırır, beyni rahatladır.
4.Giləmeyvələr – qarağat, moruq, çiyələk və s.
Neyrodegenerativ xəstəliklərin yaranmasının qarşısını alırlar. Bunlar beynin özünü müdafiə qabiliyyətini artırmaq üçün vacibdir. Doktor Brenner bildirir ki, yaşlandıqca giləmeyvələri çox qəbul etmək laızmdır ki, sinir xəstəlikləri olmasın.
5.Tünd acı şokolad
Yüksək kakao və flavonoidlər şokoladı beyin üçün dərmana çevirib. Kəllə beyin travmaları alanlara əbəs yerə şokolad yedirmirlər. Həmçinin depressiya və apatiyanın da dərmanıdır. Xüsusən alkoqol içənlər şokoladı çox yeməlidir. Çünki alkoqolun beynə zərərini azaldır. Söhbət əls tünd acı şokoladdan gedir. İndi satılan bəzəkli kağızlardakı şokoladdan əsər əlamət olmayan konfetlərdən yox.
6.Yumurta
Beyin üçün yumurtanın sarısı qiymətlidir. Onun tərkibində lyutein var. Bu da orqanizmin koqnitiv funksiyaları üçün vacibdir. Hər səhər 1 ədəd yumurta yeməyə vərdiş edin
7.Kələm, kahı, ispanaq
Təzə yaşıl göyərti, ispanaq, kələm növləri bişirilmədən, çiy halda beyin

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər