“Nəzərəçarpan dəyişiklik diqqətimi çəkməyib”

921
Sportal.az saytına nüsahibə verən “Sumqayıt” klubunun yarımmüdafiəçisi Uğur Pamuk həm “Sumqayıt”ın ölkə çempionatındakı çıxışına münasibət bildirib,  həm də digər maraqlı məqamlara aydınlıq gətirib.
– “Sumqayıt”ın fasiləyə qədərki çıxışını necə dəyərləndirirsən?
– Ümumiyyətlə keçən ilkinə baxanda bu mövsüm “Sumqayıt” fərqli idi. Heyət güclənmişdi. Ev oyunlarımızda “Neftçi”və “Bakı”nı məğlub edə bildik, daha iki iddialı klubdan – “İnter”və “Xəzər Lənkəran”dan xal ala bildik. Son iki oyunumuzda “Rəvan”və “Kəpəz”üzərində inamlı qələbə qazandıq. Düşünürəm fasilədən maksimum yararlanıb, ikinci dövrənin qalan 4 oyununda da daha yaxşı çıxış edəcəyik.
– İlk “altılığ”ın son pilləsində qərar tutan “Xəzər Lənkəran”-la aranızda 4 xal fərq var. Səncə bu xal fərqini aradan qaldırıb “altılığ”a düşə bilərsiz?
– “Xəzər Lənkəran”iddialı klubdur. Həmişə çempionluq üçün oynayıb. Bu komanda fasiləyə ilk “altılığ”ın son pilləsində yollansa da, fikrimcə fasilədən sonra daha uğurlu çıxış edəcəklər. Bildiyim qədəri ilə artıq bir güclü transfer ediblər. “Sumqayıt”a gəlincə, biz ilk “altılıq”dan çox da uzaqda deyilik və qarşıda 4 oyunumuz var. Futboldur, hər şey ola bilər. İlk “altılıq”üçün şansımız var. Bunu bacara bilərik.
– “Sumqayıt”ın qeyri-stabil çıxışı nə ilə əlaqədardır?
– Komandamız 1 ildən artıqdır yaranıb və heyət gənc futbolçulardan qurulub. Təcrübəsizlik də öz sözünü deyir.
– Səncə Bernhard Raabın istefa vaxtı çatmayıb?
– Raab niyə istefa verməlidir? Hal hazırda turnir cədvəlinin 8-ci pilləsindəyik və vəziyyətimizi daha da yaxşı etməyə çalışacağıq. Buna gücümüz çatır. Ümumiyyətlə bu cür sualların futbolçuya ünvanlanması düzgün deyil.
– Almaniyadan gəlmisən. “Sumqayıt”ı seçdiyinə görə peşman deyilsən?
– Qətiyyən peşman deyiləm. Məhz bu komandada çıxışımla milli komandaya çağrılmışam.
– Qış transfer pəncərəsi açılır. Sənə yeni təkliflər var? Yoxsa “Sumqayıt”da qalmaq haqqında düşünürsən?
– “Sumqayıt”la müqaviləm var. Bu komandanın oyunçusuyam. Ancaq mənimlə maraqlanan bir sıra klublar var. Bunlardan yerli klublarımızın adlarını çəkə bilməyəcəm, ancaq doğulduğum və yaşadığım şəhərin, Almaniyanın III ligasında çıxış edən və II Bundesligaya əsas namizədlərdən olan “Arminia Bielefeld”klubu xidmətimdə maraqlıdır.
– Milli ilə İrlandiya səfərinə getmişdin. Necə təssüratların var? Azərbaycan millisi haqqında nə deyə bilərsən? 2012-də millinin çıxışı səni qane etdi?
– Bu oyunda ehtiyyatda idim. Qələbə qazanacağımıza tam əmin idim. Amma, təəssüf ki, son 20 saniyədə qol buraxdıq və rəqib heç-heçəyə nail ola bildi. Şimali İrlanidya ilə oyunda olduğu kimi Rusiya ilə oyunda da son dəqiqələrdə qol buraxdıq.Bir az əvvəl dediyim kimi, futboldur, hər şey ola bilər. 2012-ci il geridə qaldı. 2013-cü ildə milli komandamıza uğurlar arzulayıram.
– Almaniyada yeni ili necə qarşıladın?
– Yeni ili ailəmlə qarşıladım. Dostlarımla görüşdüm. Qohumlarıma baş çəkdim.
– Çempionatımızda irəliyə doğru nə kimi dəyişikliklər var?
– Bildiyiniz kimi mən Almaniya çempionatında çıxış etmişəm. Cəmi 1 ildir Azərbaycandayam. Ötən mövsümünyarısından gəlmişəm, bu mövsümisə bitməyib hələ. Nəzərə çarpan dəyişiklik diqqətimi çəkməyib. Öz komandamızı deyə bilərəm ki, “Sumqayıt”keçən mövsümə nisbətənbu il daha güclüdür.
Elsevər Məmmədov

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər