“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminov vəfat edib.
Bu barədə “Report”a ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, N.Eminov bir neçə gün bundan əvvəl bağırsağından əməliyyat olunub. Amma ötən gün axşam onun səhhəti pisləşib və dünyasını dəyişib.
Allah rəhmət eləsin!