Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi (AGAT) 22 may, 2010-cu il tarixində, Sumqayıt şəhərində “Term” otelinin zalında təsis etdiyi Gənclərin Uğur Mərkəzinin “Azərbaycan gəncləri ictimai-siyasi sferada” adlı tədbirini keçirtdi. Qeyd edək ki, tədbirin qonağı Sumqayıt şəhərindən seçilmiş millət vəkili Nizami Isgəndərov idi. Tədbir zamanı millət vəkili və Sumqayıt gəncləri arasında onların ictimai-siyasi sferada fəaliyyəti, problem və perspektivləri barədə müzakirə olundu.
Gənclər tərəfindən bir sıra təkliflər irəli sürüldü. Bunların içərisində gənclər mərkəzinin, gənclər evinin yaradılması, asudə vaxtinın təşkili üçün düşərgə və yay məktəblərinin təşkil edilməsi əsas təkliflərdən idi. Millət vəkili Nizami İsgəndərov öz növbəsində gənclərin Azərbaycanın ictimai-siyasi həyatında oynadıqları önəmli rolu vurğulayaraq bu tip görüşləri mərkəzə çevirməyin mümkünlüyündən danışdı.”Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatlarını bir araya yığaraq Gənclərin Uğur Mərkəzi adı altında təşkilatılanması daha əhəmiyyətli olmuş olardı. Mən də bu tip təşkilatılanmanı hər zaman dəstəkləməyə hazıram”.
Görüş zamanı qərara alındı ki, növbəti görüşlər müxtəlif ictimai təbəqəyə malik olan gənclər qrupu ilə keçirilsin.
Gənclərinin Avropaya İnteqrasiyasi )))
Bu tamamile masonik bir ideyadir.Onsuz da indiki gencler avropali olmaq ucun her cur “hoqqadan” cixirlar. Gencleri avropalashdirmaq onlarin bashini istedikleri mecraya yoneltmekden bashqa bir shey deyil.Meqsed genclerin enerjisini,ishleyen beynini zerersiz hala getirmekdir.Indiki genclerin avropalashmasinin neticesi? -daha edebsiz geyimler, daha savadsiz, eylence seven topluluq. Enerjisini party-lerde boshaldan gencler elbetde zerersizleshdirilmish genc hesab olunur.Enerjisini elm oyrenerek daha cox kitab oxuyaraq savadlanan ve mentiqini inkishaf etdiren savad sahibleri elbetde bele ucuz oyunlara gelmeyecek ve savadsiz hakimiyyet uzvlerine gulecekler.Onlar ozlerini gulmeli veziyyete salmaqdansa gencleri daha da gulunc veziyyete salirlar.Niye burda biri durub mekteblerde tehsilin keyfiyyetinin artitilmasindan,mektebde daha cox vaxt kecirerek dersi evde yox,mektebde oyrenerek eve getmek barede teklif veremeyib?Yox asude vaxt kecirmek ucun bize diskoteka acin)) O toplantiya getirilen ushaqlara da cemiyyetin qaymaqlari kimi munasibet beslenir ki,bu da ushaqlara daha cox lezet verir.Ders oxuyub 4 almaqdansa daha asan usulla vacib adam olurlar.Bu sadece oyundur.Oyuna gelmeyin…