Norveç Krallığının Müvəqqəti işlər vəkili Sumqayıtda olub

2119

 Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.

Zakir Fərəcov diplomata şəhərin tarixi, sosial və iqtisadi inkişafı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Z.Fərəcov münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue Azərbaycan-Norveç arasındakı mövcud əlaqələrin, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. Diplomat Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini qeyd edib, Sumqayıtın yaşamaq və çalışmaq üçün gözəl şəhər olduğunu vurğulayıb.

Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə gələcək birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər