Növbədənkənar prezident seçkiləri mühüm məsələlərin həllinə müsbət təsir edə bilər

1100

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra mühüm məsələlərin həllinə müsbət təsir edə bilər.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Ekspert bildirib ki, dövlət başçısının növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur:

“Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq öz səlahiyyətləri çərçivəsində prezident seçkilərinin vaxtını təyin edib. Prezident seçkilərinin növbədənkənar keçirilməsinin bir neçə səbəbi var. Məsələn, bildiyiniz kimi, 2025-ci ildə ölkədə parlament seçkiləri keçiriləcək. Prezident seçkiləri də 7 ildən bir keçirildiyi üçün həmin seçkilərlə üst-üstə düşə bilər. İkinci mühüm məsələ odur ki, bu il regionda – RusiyaErmənistanGürcüstan və Azərbaycanda seçki ilidir. Bu seçkilərin bir hissəsi məhz mart-aprel aylarına təyin olunub. Ermənistanda martın 2-də prezident seçkiləridir və aprelin 9-da Konstitusiya səlahiyyətləri Baş nazirə keçir. Martın 18-də Rusiyada prezident seçkiləridir. Azərbaycanda prezident seçkilərinin aprel ayına təyin edilməsinin bir səbəbi də onunla bağlıdır ki, Ermənistan siyasi hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda hər hansı bəhanə gətirib prosesi yubatmasın”.

A.Nağıyev bildirib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra beynəlxalq və mötəbər tədbirlərlə də əlaqədardır:

“Bu il həm də TANAP, TAP və “Şahdəniz-2″ layihələri ilə bağlı müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır. İlin ikinci yarısına təyin edilən bu tədbirlərin təşkili ilə əlaqədar prezident seçkilərinin tez keçirilməsi məqsədəuyğundur. Bu il, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir və bununla bağlı ölkəyə çoxsaylı qonaqların gəlişi, çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır. Yəni bir çox mühüm tədbirlərin bu ilin ikinci yarısına təyin olunduğunu nəzərə alsaq, hökumətin formalaşması, digər məsələlərin həlli baxımından prezident seçkilərinin aprel ayına təyin edilməsi düşünülmüş və düzgün addımdır”.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub./ Trend

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər