“Dekabr, yanvar, fevral ayında havanın temperatur normadan 2-3 dərəcə yüksək olub”.
Bu sözləri Sonxeber.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, bu il ölkəmizdə keçən qış fəsli mülayim hava şəraitinin hökm sürməsi ilə yadda qaldı. Yanvar, dekabr, fevral ayları ərzində qış fəsli 30 illik normaya nisbətən mülayim keçdi, temperatur 2-3 dərəcə yüksək oldu:
M.Həsənov növbəti günlərdə ölkəmizdə hava şəraitinin dəyişib – dəyişməyəcəyinə də münasibət bildirib:
Bir neçə gün ərzində ölkə ərazisinə mülayim hava kütləsi daxil olarsa, temperatur normadan aşağı düşərsə, qar yağa bilər. Bir neçə il bundan öncə martın 31-də Azərbaycana qar yağmışdı. Lakin, qar yağması respublikaya daxil olan hava kütlələrinin dayanıqlı qalmasından asılıdır.
M.Həsənov vurğulayıb ki, qış aylarında temperaturun normadan 2-3 dərəcə yüksək olması halları 5-7 ildən bir müşahidə olunur.
Aysel Kərimova