Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir: “Lakin səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.
G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-32, bölgələrdə 30-35, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.