Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısına əlavələr olunub.
Sfera.az xəbər verir ki, bununla bağlı “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edilib.
Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Siyahıya yeni – 16-cı (Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr) hissə əlavə edilib:
1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar,
2. İşlənilmiş batareyalar,
3. İstifadə olunmuş şinlər
4. İşlənilmiş sürtkü və mühərrik yağları.