Nurməhəmmədovun amerikalı idmançı ilə döyüşünün VAXTI AÇIQLANDI

1542

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtını açıqlayıb.

“Report” bjpenn.com saytına istinadən xəbər verir ki, qurum rəhbəri döyüşün gələn ilin martında keçirləcəyini bildirib. O, hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər