Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın dövlət televiziyasına müsahibə verib.
“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Əliyev müsahibəsində prezident Nursultan Nazarbayevlə münasibətlərinə toxunub:
“Mənə həmişə Nursultan Abişeviçlə xoşdur. Ona qarşı böyük hörmət hissim var. O, bizim ağsaqqalımızdır. Mən, əlbəttə onun atam Heydər Əliyevlə görüşlərini və söhbətlərini xatırlayıram.
İnsan kimi də Nursultan Abişeviçlə ünsiyyət həmişə xoşdur. Bizim Bakıdakı son görüşümüzdə, həmçinin rəsmi və qeyri-rəsmi şam yeməyində də biz bir ailənin üzvləri kimi oturmuşduq”.