Sumqayıtda taxta parçası qadının qarnına girib.
sumqayitxeber.com-un Qafqazinfo-ya istinadla məlumatına görə, hadisə Corat qəsəbəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1975-ci il təvəllüdlü Mürsəlova Mətanət Oruc qızının yaşadığı Corat qəsəbəsində qarnına taxta parçası girib. Hadisə qadının tikinti aparılan ərazidə oğluna kömək etmək istədiyi zaman baş vetib. Hündürlüyə çıxan qadın yıxılıb və qarnına yerdə olan taxta parçası girib. Yaralı qarının deşilmiş yaraları ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.