İranın Urmiyə şəhərində öldüyü hesab olunan körpə dirilib.
Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, xəstəxanada hakimlər altı aylıq körpəni müayinə etdikdən sonra onun öldüyünü bildiriblər.
Onların sözlərinə görə, uşağın ürəyinin döyüntüsü olmayıb.
Lakin morqda “meyit” yuyularkən gözlənilməz hadisə baş verib. Belə ki, körpə qəflətən oyanıb.