Oljas Süleymenov müsahibəsində SUMQAYITDAN DANIŞDI

1246

Görkəmli şair, ictimai fəal, publisist və diplomat Oljas Süleymenov Qazaxstan mətbuatına müsahibəsində Avrasiya dövlətləri yazıçılarının Azərbaycanda keçirilən görüşü və Sumqayıt səfəri haqqında təəssüratlarını bölüşüb.

sumqayitxeber.com xəbər verir ki, Oljas Süleymenov müsahibəsində Sumqayıtala bağlı danışıb: “Mən Sumqayıta gedəcək qrupun tərkibindəydim. Nə zamansa, mən bu şəhəri ən çox çirklənmiş, kimya zavodlarından qalxan toz-duman içində ağır havası olan bir şəhər kimi tanımışdım. İndi isə qarşımda təmiz, mavi səması və dənizi olan bir parklar şəhəri canlanırdı. Burada kimya zavodları yenə də fəaliyyət göstərir, amma tamam başqa cür. Piyada hamar küçələr boyu gəzir, körpülərdən keçirik, hər yan tər-təmizdir, sanki bütün şəhər qonaq qarşılamağa hazırlaşıb. Gözəl arxitektura əsasında inşa olunmuş yaşayış məhəllələri, şeirin yazılmadığı, ancaq vaxtaşırı qələmə aldıqları şeirləri oxumaq üçün şairlərin toplaşdıqları şəffaf Poeziya Evi…

Yerli şairlər öz şəhərlərinin adını belə hecalayıblar: “Sum-qayıt!” Sum – müxtəlif mənalara yozulacaq bir addır və hər şairin bu mənada öz yozumu var. Poeziya Evində indiyəcən bu adı vəsf edən çox şeirlər səslənib. Ancaq görünür ki, bu əzablardan keçmiş ölkəyə və şəhərə doğrudan da bir xeyirxahlıq gəlməkdədir.

Bizimlə birlikdə küçələr boyu eyni zamanda şəhər icra hakimiyyətinin başçısı da addımlayır. Bizdə hörmət mənasında “ağa” deyə bir müraciət var, yəni böyük qardaş. İranda “ağa” sözü – cənab anlamında işlənir. Azərbaycanda bu müraciəti – “müəllim” sözü əvəzləyir. İcra başçısı şəhər təsərrüfatında 20 yaşından çalışır, şəhərə isə dörd ildir ki, rəhbərlik edir. Peşəsinin ən müxtəlif və çətin bütün pillərindən keçib. Onun üçün kommunal sferada sirr olacaq heç nə qalmayıb. İnamla demək olar ki, peşəsini tamamilə mənimsəyib. Məsələn, Zakir müəllim mənə peşəkar kadrların hazırlanmasının tamamilə başqa bir sistemini xatırlatdı.”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər