Ölüm sevinməsin, qoy!

1899

Aramızda daha yoxdur deməyək, ürəklərdə, xatirələrdə yaşayır, deyək
Bir dostumuzu da itirdik, çox heyif…çox… Həqiqətən fani imiş, bu dünya. Tez aparır, yaxşıları. Niyə? Çox düşündürür, bu sual məni. Doğrudan da niyə? Tapa bilmirəm, cavabını. Daşlaşır hisslərim, duyğularım, baxışlarım. Görəsən Allah-təala necə qıydı, Rövşənə? Bu, qismətdir deyirlər, inanmıram bu qismətə mən. Bəlkə Rövşənin özü bu dünyadan doymuşdu, yaşamaq istəmirdi? Hə? Yox, ola bilməz, buna da inana bilmirəm.

İnsanı yaşadan həyat eşqidir. Bu, eşqin arzusunda bulunuruq, həmişə. Uzaq üfüqlərdən boylanan günəşin zərif şüalarını görəndə ruhumuz təzələnir, qəlbimiz bizi bürüyən qəm-qüssədən azad edir. Səhər açılanda, yeni həyat başlayır. Sevinirik bu günə. Lakin, qəfil… kədər dolu bir xəbər. Yoxdur artıq bu dünyada Rövşən Almuradlı. Dözə bilmədi, onun ürəyi. Qoşa addımladı, onunla 65 il, sevincinə, kədərinə şərik oldu və birdən, gözü dolu arzularla, yarı yolda qoydu Rövşəni. Eh…

Bu, xəbəri eşidəndə keyidim sanki. Bir yanğı yarandı, içimdə. Düşüncələrim dolaşdı, biri-birinə. Göz önünə gətirdim, Rövşənin simasını. Sifətində təbəssüm, gözlərində dərin məna, sözündə, hərəkətində əxlaq, ləyaqət.

Dərindən ah çəkdim. Ahım çəkildi dağlara, havaya boylandım, günəş üfüqlərdən boylanmamışdı, qara buludlara bürünmüşdü, həmin gün, bəlkə öz ürəyində bir günəş axtarırmış Rövşən? Bəlkə həyat eşqini yaşatmaq, ürəyində olan arzuları gerçəkləşdirmək istəyirdi, dostum? Məgər övlad məhəbbətindən, nəvə şirinliyindən, həyatın gözəlliyindən doymuşdumu, Rövşən? Gözlərində qaldı arzuları. Bax, budur fani dünya…

Şairlərdən

ƏTRAFLI
Nar.az
biri deyib, ola bilsin, sətirlərində səhvə yol verim, qoy şeirin müəllifi və oxucular məni qınamasınlar.

Bələk nədir, kəfən nədir?

Gələn nədir, gedən nədir?

Bu, dünya öz kefindədir,

Yağış yağır, gün qurudur.

Öz yerindədir, bu dünya, bu həyat. Bu, dünyada isə öz yerini, arzularını axtarır, insan. Çəkmir insanların dərdini bu dünya, insanlar çəkir bü dünyanın dərdini-sərini, özünə yük edir, ağır bir yük… Rövşənin yaratdığı bir ömür yükü kimi. Çəkdiyi bədii filmin də adını qoymuşdu “Yük”.

Ağır və zalım oldu, vəfasız və etibarsız oldu, bu dünya. Ayırdı bizi Rövşəndən. Çoxdur xatirələr. Biri-birindən maraqlı, gözəl və unudulmaz idi, bu xatirələr. Küçədə, teatrda, studiyada görüşərdik, söhbətləşərdik, dərdləşərdik… Nə qədər səmimi idi, bu adam. Gülərüz və mehriban. Xeyirxah və iradəli. 30 il idi onu məhz belə tanıyırdım.

Mən itirdim dostumu, kino və teatr öz sənətkarını, övladları ağsaqqal və müdrik atalarını. Təsəllini onda tapıram ki, mənim üçün Rövşən elə həmin gülərüz, səmimi Rövşəndir. Onun ölümünü qəbul edə bilmirəm.

Ölüm sevinməsin, qoy!

Dərin ehtiramla: Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər