“Omikron” ştammı hansı istiqamət üzrə irəliləyir? – AÇIQLAMA

979
“Covid-19-la aparılan mübarizədə digər dünya ölkələri kimi Azərbaycan da öz töhfəsini vermişdir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, bu mübarizədə xəstəxanaların, səhiyyə strukturlarının, yeni infrastrukturların yaradılması, əvvəlkilərin yeniləri ilə əvəz edilməsi, təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: “Bu da koronavirusla mübarizənin ilkin mərhələsində az itkilər verməyimizə və səhiyyə sisteminin yüklənməsinin qarşısının alınmasına səbəb oldu. Azərbaycan dövləti vaksinasiya prosesinin ikinci mərhələsində istər Qoşulmama Hərəkatına rəkbərlik edən ölkə kimi, istər ikitərəfli əlaqələr çərçivəsində, istərsə də Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində bütün mümkün ola biləcək addımları atdı.

Prezident cənab İlham Əliyev öz ölkəsinin vaksinasiya ilə təminatını yüksək səviyyədə həyata keçirdi. Azərbaycanda artıq əhalinin 70-80 faizi ikinci doza vaksinasiya ilə təmin olunublar. Azərbaycan MDB ölkələri arasında öz yerini tutmuşdur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda koronavirusla mübarizədə kifayət qədər uğur qazanılmışdır. Təbii ki, qarşımıza çıxan yeni ştammlar yeni təhlükələr yaradır. “Omikron” ştammı bu baxımdan az öyrənildiyinə görə, suallar və müəmmalar doğurduğu üçün təhlükə qrupuna aid olunur. Hal-hazırda sonuncu açıqlamalarda da məlum oldu ki, “Omikron” ştammında ağırlaşma və ölüm hallarının artması kimi hallar mövcud deyil. Sadəcə bir neçə mutasiyanı özündə cəmləşdirməsi və az öyrənilməsi baxımından risk daşıyır. Azərbaycan da bununla bağlı mümkün addımlar atır, davamlı şəkildə xəstələr izlənilir. Ştammın aşkarlanması halına hələ ki, biz rast gəlməmişik. Mutasiyalar xəstəliyin yoluxmasının sürətlənməsi istiqamətlərində gedir, xəstəliyin ağırşlaması istiqamətində getmir. Araşdırmalar aparıldıqdan sonra fikir söyləmək olar ki, “Omikron” ştammı hansı istiqamət üzrə irəliləyir. Məncə, “Omikron” ştammı üçün fikirlər söyləmək hələ tezdir.

Hal-hazırda koronavirusla mübarizənin yolu vaksinasiya və mümkün qədər şəxsi gigiyenaya riayət etməkdir. Təbii ki, ölkəmizə giriş-çıxış imkanları da məhdudlaşdırılıb. Bu “Omikron” ştammından əvvəl də belə idi. Hal-hazırda biz də bu prosesi izləyərək dünya birliyinin atacağı addımlar istiqamətində addımlar atacağıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər