“Onlardan heç vaxt lider olmaz” – Tanınmış sumqayıtlı vəkildən ağır ittiham

893

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev işlərini Avropa Məhkəməsinə çıxarıb təzminat aldığı müxalifətçiləri tənqid edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Mustafayev bildirib ki, özlərini “siyasi xadim” sayanlar çəkdiyi əziyyətə görə ona təşəkkür belə etməyiblər: “Ölkədaxili instansiyalarda təmənnasız göstərilmiş hüquqi yardıma, Avropa Məhkəməsində udulmuş işə görə öz vəkilinə təşəkkür etmək qabiliyyəti, qanacağı və mədəniyyətinə malik olmayan özünü “siyasi xadim” sayanlardan və buna görə belə xüsusiyyətlərdən yüksəkdə dayandıqlarını hesab edənlərdən heç vaxt lider olmaz, olsa da onlardan topluma faydası olmaz. Daxili instansiyalarda yazılan onlarla şikayətin, vəsatətin, Avropa Məhkəməsinə göndərilmiş ərizənin, tərtib olunmuş kommunikasiya sənədlərinin məzmunundan, çəkilən xərclərin məbləğindən bixəbər olmasına baxmayaraq qələbənin sahibliyini öz adına yazana hər hansı bir formada dəstək verilməsi yanlışlıqdır. Sizlərə tövsiyəm budur. Çünki onlara sizlər yox, göstərdiyiniz dəstək lazımdır. Dəstək alandan sonra sizlər növbəti mərhələyə qədər unudulacaqsınız. Deməyi məndən, qiymətləndirilməsi sizdən”.

Qeyd edək ki, sentyabrın 26-da elan edilən qərara əsasən, Arif Hacılı, Fuad Qəhrəmanlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Rüfət Hacıbəyli, Sahib Kərimov və Ülvi Quliyev – hər biri 11 500, Məhəmməd Məcidli 15 000, Tural Abbaslınin işi üzrə 10 000 avro təmzinat ödənilməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər