“Son günlər bütün respublika ərazisində virusun aşkarlanması qeydə alınır”.
Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, artıq rəqəmlər son günlər 10, 20 nəfər artır: “Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir”.
Y.Qarayevanın sözlərinə görə, ən doğru qorunma yolu özünü izolyasiya yoludur: “Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir”