Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər – Yenilənib

461

Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Fərhad İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sürücü İbrahimli Fərhad Vüqar oğlu da hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub.

Fotoda Emin Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər