Ötən il Sumqayıtda 6910 yeni iş yeri açılıb

1343

“Hesabat dövründə 6910 yeni iş yeri açılmışdır”.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib.

“Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 9753 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 6417 nəfər işlə təmin olunmuşdur. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılmışdır. 106 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmiş, 360 nəfər özünüməşğulluq proqramının təlimlərinə cəlb olunmuşdur. Hesabat dövründə 6910 yeni iş yeri açılmışdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər