Ötən il Sumqayıtda necə nəfər işlə təmin edilib? - VİDEOREPORTAJ

2972

Dövlət başçısının   sərəncamı ilə təsdiq olunmuş Məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı  üzrə müddəaların yerinə yetirilməsi üçün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyyələrinə uyğun Sumqayıt şəhərində əhalinin  özünəməşğulluğunun gücləndirilməsi istiqamətində 2017-ci ildə Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən bir sıra aktiv tədbirlərin görülməsinə nail olunub.

2017-ci  il  ərzində Sumqayıt şəhəri üzrə 6195 nəfər işaxtaran qeydiyyata alınıb. Görülmüş aktiv məşğulluq tədbirləri nəticəsində 2017 ci ildə 2242 nəfər  işlə təmin edilib, 1029 nəfərə işsizlik müavinəti təyin edilib, 88  nəfər işaxtaran müxtəlif peşə kurslarına  cəlb edilib. İşlə təmin olunanlardan 80 nəfəri məcburi köçkündür. 2017-ci ildə 59 nəfər özünəməşğulluqla bağlı müraciət edib,onlardan 40 nəfər özünəməşğulluq proqramına cəlb edilib,mal materialla təmin edilib.Bunlardan biri də Nəzakət Qəhrəmanovadır. Dövlətin yaratdığı əlverişli şəraitdən yararlanıb özünə kiçik biznes quran Nəzakət Qəhrəmanova 20 illik təcrübəy malik olsa da maddi imkan olmadığından öz biznesini qura bilmirdi.Lakin  özüəməşğulluq layihəsi nəinki ona öz işini qurmağa eləcə də ətrafına işçilər  toplayaraq 10 nəfərlik kiçik tikiş  sexi  açmağa nail oldu.İndi bu sexdən  artıq təkcə o deyil,daha  9  ailə evinə ruzi aparır.

Özünəməşğulluqdan yararlanıb daha bir kiçik biznes quran qəhrəmanımız isə Arzu Sultanovadır.Həmsöhbətimiz deyir ki,

Elə Ramilə Haqverdiyeva da özünəməşğulluq layihəsinə qatılıb yüksək bal toplayaraq öz şəxsi işini qurub.Qadın salonu açan qəhrəmanımız çox sevinir və gələcəkdə daha böyük uğurların olacağına əmindir.

Corat qəsəbəsində yaşayan  Rövşən Bayramovun da heyvandarlıqla məşğul ola bilmə arzusu çin olub.

 Sumqayıt məşğulluq mərkəzinin fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görülüb. Mərkəzin xidməti ərazisi yenidən qurulub, iş strukturu təkmilləşdirilib, işaxtaran vətəndaşların qəbulu, onların səmərəli iş axtarması, müstəqil işaxtarma üsulları da daxil olmaqla bütün vasitələrdən istifadəsi üçün münbit şərait yaradılıb.

Sinxiron:Elxan Bədəlov – Sumqayıt Məşğulluq Mərkəzinin direktoru – Respublikamızda işsizliyin qarşısının alınması üçün dövlət başçımız tərəfindən son dövrlərdə müxtəlif çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Bu sərəncamlardan biri də 6 aprel 2016-cı ildə cənab prezidentimiz tərəfindən imzalanmış sərəncam özünəməşğulluq proqramını əhatə edir. Bu proqram çərçivəsində Sumqayıt şəhər məşğulluq mərkəzində 40 ailəyə öz kiçik bizneslərini yaratmaları üçün aktivlər verilmişdir. Bu aktivlər verildikdən sonra Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən həmin ailələr daimi diqqətdə saxlanılır,hər ay mütamadə olaraq monitorunqlər aparılır və həmin aktivlərin hansı formada istifadə olunması müzakirə olunur.qeyd etmək istəyirəm ki,həmin 40 ailəyə ki, biz özünəməşğulluq proqamına cəlb etmişik,onlar çox yüksək nəticə əldə etmişlər. Demək olar ki,həmin ailələr artıq öz kiçik ailə bizneslərini yaratmışlar. Bu sahədə işlərimiz davam etdirilir,bizim çari ildə bu özünəməşğulluq proqramının genişləndirilməsi gözlənilir. Hansı 2018-ci il yanvar ayının 1 dən respublikada işsizlikdən sığorta haqqı qəbul olundu,bu qanuna əsasən işsizlikdən yaranan sığorta fondu hesabına bu özünəməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.Bu isə gələcək  zamanda ünvanlı sosial yardım alanların azalmasına gətirib çıxardacaqdı.Bu proqramın genişlənməsi öz növbəsində həmin ünvanlı sosial yardım alan vətəndaşların azalmasına da öz təsirini göstərəcəkdir.2017-ci ildə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə  6195 nəfər işaxtaran vətəndaş müraciət edib ki,onlardan da 2242 nəfəri münasib işlərlə təmin olunub,88 nəfəri müxtəlif peşə kurslarına cəlb olunub və kursu bitirdikdən sonra münasib işlərlə təmin olunub.908 yeni işaxtaran vətəndaşa ilk dəfə iş axtaran vətəndaşlara peşəyönümlü məsləhətlər verilmişdir.

Mərkəzin müasir standartlara cavab verən və işaxtaran vətəndaşların qəbulu üçün nəzərdə tutulan müasir əməliyyat zalında dolğun informasiya guşələri, avtomat köşk, müstəqil iş axtarma, işaxtaranlara aktiv dəstək, sosial müdafiə və peşəyönümü sektorları fəaliyyət göstərirlər. Burada əlavə olaraq, metodiki-seminar kabineti, videoteka, sürətli internet, peşələr və işəgötürən müəssisələrin kartotekası və sair müasir vasitələr iş prosesində effektivliyi artırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər