sumqayitxeber.com ötən il Sumqayıt şəhərində asfaltlanma işləri ilə bağlı məlumatları təqdim edir.
Heydər Əliyev, Azərbaycan, Sülh prospektlərində, Səməd Vurğun, Yəhya Məmmədov, Ü.Hacıbəyov, N.Nərimanov, Koroğlu, Ə.Kərimov, M.Hüseynzadə, Nizami, Mehmandarov, Bakı, İ.Qayıbov, A.Quliyev, Bədəlbəyli, Çerkassı, Zülfü Hacıyev, 20 Yanvar, Babək, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov və Kimyaçılar küçələrində, Corat və Hacı Zeynalabdin qəsəbələrində, St.Sumqayıt yaşayış massivində yolların əsaslı və cari təmiri işləri aparılmış, bulvar ərazisində Sahil küçəsinin davamı olaraq 1 km uzunluğunda yeni asfalt yol çəkilmişdir.
8 mikrorayon (4, 6, 9, 10, 11, 12, 13, 17-ci mikrorayonlar), 12 məhəllənin (1, 5, 7-8-12, 9, 14, 25, 29, 30, 34, 36, 42, 48-ci məhəllələrin) ərazisində 254 min kv.metrədək asfalt örtüyü döşənmiş, 13 min kv.metrdən çox asfalt örtüyü cari təmir edilmiş, 80 min p/m bardür rənglənmişdir.
Yaşıldərə ərazisində 30 və 39 nömrəli avtobusların hərəkət istiqamətində yollar Sumqayıt bələdiyyəsi tərəfindən əsaslı təmir olunmuş, 30 min kv.metrdən çox sahəyə asfalt döşənmişdir. 7 min kv.metr məhəllədaxili yolda təmir, Bələdiyyə parkında abadlıq-quruculuq işləri görülmüşdür. Corat qəsəbəsində 4200 kv.metr yola, 1500 kv.metr səkiyə asfalt qoyulmuşdur.