Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda 5-dən çox uşağı olan qadınlara hər ay 55 manat, doğuşa görə 200 manat birdəfəlik müavinət verilir:
Xüsusilə ilk dəfə məktəbə gedən uşağın həddindən çox qayğısı olur, məktəbin də tələbləri çox olur. Buna görə heç olmasa hər il məktəbyaşlı uşaqları olan ailələrə bir dəfə birdəfəlik-sırf məktəb ehtiyaclarını ödəmək üçün müavinət ayrılsın. Bu məsələ gələn ilin büdcə müzakirələrində ortaya atılarsa, onun həlli ölkədə sosial siyasətin inkişafəna təkan verər”.