OXUCULARLA İLK ÜNSİYYƏT

2138

Son vaxtlar bir neçə gənc yazarların şeir və hekayələrini onların xahişi ilə oxumuşam. Demək istəməzdim ki, hamısı yaxşıdır və yaxud hamısı pisdir. Bu, ədalətli olmazdı. Əgər hər hansı bir gənc əlinə qələm alırsa, demək, özünü poeziya və nəsrdəsınamaq istəyir. Uğurlara gəlincə isə, artıq, bu, oxucuların verdiyi qiymətdən asılıdır. Bununla belə, gənc yazarlara kömək etmək, dayaq durub ədəbi mühitdə formalaşmasında biz yaşlı nəsil nümayəndələrinin borcudur.

Sizə yenicə poeziya aləminə qədəm qoyan Cansu Fəxrəddinqızının bir şerini başlanğıc kimi uğurlu hesab edir və onu oxucuların ixtiyarına buraxıram. İnanıram ki, Cansu gələcək yaradıcılığında daha mükəmməl, dərin məntiqli, oxucuların duyğularını oyadan, ürəkləri isidən, qəlblərə fərəh gətirən, sevgiyə, məhəbbətə səsləyən misraların müəllifi kimi bizləri sevindirəcəkdir.

Cansu Fəxrəddinqızına bu poeziya dünyasında uğurlar diləyirəm.

Eyruz Məmmədov, yazıçı-publisist, Respublikanın əməkdar jurnalisti

 

Acı gerçəyim

Bu tənha qaranlıq yaman çətindir,

Keçmiş günahları salır yadına.

Qəlbinin ağrısı yenidən dinir,

Heç fayda da yoxdur gözyaşlarına…

 

Qaranlıq, dörd divar, sən və səhvlərin,

Üz-üzə dayanıb hesablaşırsan.

Gerçəyi dərketmək çətindən çətin,

Yalanlar içində donub qalırsan…

 

Artıq ağır gəlir çəkə bilmirəm,

Kiçik ürəyimin böyük yükünü.

Necə çətin imiş deyə bilmirəm,

Heç kəsə özümün ürək sözünü…

 

Bu qədər səhvlərim durub üzümə,

Məni keçmişimə aparır indi.

Söz tapa bilmirəm deyim özümə,

Keçmişə qayıtmaq mənə çətindi…

 

Gülürəm, gülüşüm belə saxtadır,

İçimdə qəm yeyir ürəyim mənim.

Ötəri baxışlar məni aldadır,

Kədərə qayıdır sevincim mənim…

 

Hər şey yalan imiş sevmək, sevilmək,

Əlində oynadır bizləri zaman.

Həyatın qanunu beləymiş demek,

Səhvləredə-edəöyrənirinsan…

Cansu Fəxrəddinqızı 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər