Oynadığı tamaşa ilə 1-ci yeri tutan nazirimiz kimdir? – Maraqlı fakt

1193

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sinif yoldaşı onunla bağlı xatirələrini bölüşüb. “Qafqazinfo” xəbər verir ki, azedu.az saytına danışan Rafael Teymurlu nazirlə bağlı maraqlı faktlar açıqlayıb. R.Teymurlunun sözlərinə görə, üç dost olublar və 3-nün də teatra böyük həvəsi olub:

“O vaxtlar müəllim yanına getmək yox idi, özümüz hazırlaşırdıq. Sözün düzü, üçümüzün də – rəhmətlik Şirin Mirzəyev, Ramil və mənim həvəsimiz teatra idi. Çünki biz məktəbdə Vahid müəllimin rəhbərliyi ilə Sevil tamaşasını səhnələşdirdik. Mən Əbdüləli bəyi, Ramil isə Məmmədəli bəyi canlandırdı. Vilayət teatrında məktəblilər arasında yarış keçirilirdi. Biz  “1905-ci ildə” tamaşası ilə birinci yeri tutduq. Açığı, mənə teatr sahəsinə getmək üçün evdən imkan vermədilər. Amma birinci il Ramillə Şirin teatr institutuna imtahan verdilər. Nədənsə, onların işi alınmadı. Odur ki, Ramil bir il müəllim işlədi. Deməli, o vaxtı kəndlərdəki fermalarda azərbaycanlılar işləyirdi. Onların uşaqları təhsildən kənarda qalmasın deyə, məktəblər açılmışdı. Müəllim çatışmazlığı vardı. Ramil orta məktəbi bitirmişdi, kifayət qədər savadlı idi. Ona görə Ballıca məktəbində bir il müəllim işləyə bildi. Onun ilk əmək fəaliyyəti də məhz burdan başladı. İlyas Əfəndiyevi çox xoşlayırdıq. Onun pyeslərini səhnələşdirirdik.  Məsələn “Müsibəti–Fəxrəddin” əsərini oynamışdıq. Mən Fəxrəddini, Ramil isə Mahmud rolunu oynayıb. “Vaqif” pyesində isə Vaqifi Ramil, Vidadini Şirin, Qacarı isə mən canlandırmışam.

Bəlkə də incəsənət üzrə oxusaydıq yaxşı aktyor olardıq…

Kumiri böyük müğənni Rəşid Behbudov idi. Ramil həmişə onun mahnılarını oxuyurdu. Aramızda mübahisə düşürdü. Mən muğamı sevirdim, Arif Babayev, İslam Rzayevi yamsılayırdım. O isə Rəşid Behbudovu…

Bilirdim ki, o irəli gedəcək. Ramil professional sistem işçisidir. O, ən aşağıdan başlayaraq bacarığıyla bu pilləyə gəlib. Heydər Əliyev bilirdi ki, bu adam işinin ustasıdı. Bu gün də sabitliyin qorunması onun zəhmətinin nəticəsidir. Daxildə sabitlik olmasa, nə iş görmək olar ki?! İqtisadiyyat da inkişaf etməz”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər