Nuranə ABBASOVA
Deyəsən, çox yaxında erməniyə yenidən dayı deməli olacağıq. Yenidən qohum-qardaşlıq, kirvəlik münasibətləri, “Siranuşçuluq” məhəbbəti baş alıb gedəcək. Qan qoxuyan torpaqlarda “biz, artıq, dostuq” deyib qan rəngində şərab içəcəyik. Haylarla can deyib can eşidəcəyik. Lazım olsa ki bu mütləq belə olacaq, qeyrətli kişilərimiz sayəsində erməni gəlinlərimizdən canı bizdən qanı kimlərdənsə olan yeni nəsillər də törəyəcək. Tarixi təkrar yollardan gedib, yeni səhvlərə qol qoyacağıq. Sonra yenidən bu “başıpozuqlar” yedikləri süfrəyə tüpürüb, açdıqları qapıya təpik vurub başlayacaqlar “hay”lamağa. Bütün bunlar, çox güman ki, yaxın gələcəkdə “xalq diplomatiyası” deyilən ayının yeni oyunu sayəsində olacaq. Artıq, ayı da meydandadır, qurulan oyun da. Azərbaycan ziyalıları ilə erməni ziyalıları arasında yaradılmaq istənilən “qardaşlıq” oyununa Şimal ayısı da qoşuldu. Hər iki xalqın bir-birlərinə belə tez-tez görüşlər təşkil etdikləri, nəsə etmək istədikləri zamanda, həmişə olduğu kimi, yenə “Mixail” ortaya çıxdı. O Mixail ki, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsidir. Özü də azərbaycanlı ziyalılarla erməni ziyalıların bütün görüşlərində həmişə ermənilərin yanındadır. Bir növ böyük qardaş simvolu. “Xalq diplomatiyası”nın ən böyük səhvlərindən biri, bəlkə də birincisi həmin diplomatiyada sözügedən xalqlardan qeyrisinin iştirakıdır. Bir işə ki erməni dayısı ilə qoşulub, həmin işdən ən böyük ziyanı qarşı tərəf görəcək. Dostumun dostu məsələsi. Bunu tarix dəfələrlə sübut edib. Ümumiyyətlə, tarix boyu erməninin hər hansı bir xalq və ya millətlə mehriban, dost kimi yaşaması faktı mövcud deyil. Əgər bizim ziyalılar bunu bacarıb, ermənini kiməsə alətlik mərhələsindən dostluq münasibətlərinə doğru yola gətirə bilsələr, Ginnesin kitabı üzümüzə açıqdır-əhsən belə xalqa, əhsən belə diplomatiyaya.
“Xalq diplomatiyası”nı qurmaq üçün ilk əvvəl bu birləşmədəki obyektlər özünü doğrultmalıdır. Həm Azərbaycan xalqının, həm də erməni xalqının bu məsələyə münasibəti də birmənalı deyil. Nə Xocalı faciəsini, Qarabağ müsibətini yaşamış, qız-gəlininə əxlaqi və psixoloji təcavüz olunmuş, oğul-uşaq qətliamı, qaçqınlıq və məcburi köçkünlük görmüş, haqsız münasibətlə üzləşmiş və hələ də qəlbi tökülən şəhid qanlarının intiqamı ilə vuran Azərbaycan xalqı, nə də gözünü açandan “Türk qaniçəndir” ideyası ilə böyüdülən, haqsız və məntiqsiz torpaq iddiaları irəli sürən, Qarabağa yiyələnən, “Böyük Hayıstan” arzusuyla yaşayan, torpaqlarımızla kifayətlənməyib, mədəni irsimizə də təcavüz edən, Yer üzünə yayılmış sindrom erməni xalqı bu diplomatiyaya heç də eyni münasibətdə deyillər. Bəlkə də bu münasibət müəyyən qədər ermənilər üçün sərf edir. Məlum olduğu kimi, Qarabağda ermənilərin vəziyyəti heç də ürəkaçan deyil. Yəni bu diplomatiyadan heç olmasa, ac toyuq yuxusunda darı görə bilər. Neft və qazın iyi isə baş çartladır.
Bu cür diplomatiyaya başlamaq üçün erməni dığasının beynindən Qarabağı, başqasının mədəniyyətinə yiyələnmək fikirlərini çıxartmaq lazımdır. Dağıdılan tarixi abidələrin, sökülən məzarların, axıdılan qanların hesabı alınmalıdır onlardan. Bütün bunlara isə böyük bir “Çətin ki…” payı düşür. Çünki daim sərsəm bəyanatları ilə seçilən Serj Sarkisyan da “Mən bilirəm ki, Ağdam sizindir. Amma hansı ermənidən soruşsanız, onlardan heç biri Qarabağ sizindir deməz” kimi fikirlərdən hələ də əl çəkmir. Sən bir bundakı məntiqdən uzaq ağıla bax. Mixail Şvıdkoy isə “Ermənilər və azərbaycanlılar bir-birlərinə etibar etmirlər. Bizim üçün insanların birgə yaşamaq və hörmətdən başqa çıxış yolu olmadığını hiss etməsi üçün əlimizdən gələni etmək çox vacibdir” deyir. İki xalqın arasında etibar, inam və hörmət hissi o vaxt yaranar ki, o xalqdan biri xəbis, qara niyyətli, dar düşüncəli və s. olmasın. Təssüf ki, bu teorem də isbat olunmur. Çünki bu xalqlardan biri ermənidir. “Xalq söyüşü” olan “erməninin biri erməni” əbəs yerə yaranmayıb ki. Bax bu birləşmədəki (“Xalq söyüşü”) hər iki ifadə öz gerçək mənasını doğruldur. Bu ifadəni isə (“erməninin biri erməni”) istənilən erməniyə- Sarkisyana, Qriqoryana, Naqdalyana, Akopyana, Torlakyana və digər “yan”lara aid etmək olar. Doğrudan da, yeri var…
Salamlar
Mence yazi chox radikaldir…
bu meselede esas guc indiki genclerin boynna yuk dushecek o sebeden her gun her saniye bilik ve bacariqlarimiz artirmali ve bu imkanlardan bashqalarinada gostermeliyik…
hisslerle hereket etmek bu bizim xeyrimize olmayacaq…
yazaraq hamini soye bilerik ama bu neyi ise deyishecek?
ama eslinde ederek neyise deyishmek lazimdir.
Hormetle
cox radikaldir
yazi uchun tesekkurler.oyanan gecliyimize bir numunedir.ama eger sadece dilde deyil emelde de bele olabilsek ne mutlu bize…