“Özüm haqqında danışıram” sona çatdı

1150

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin və Açıq Cəmiyyət İnstitunun Təhsilə Dəstək Proqramının dəstəyi ilə reallaşdırılan “Özüm haqqında danışıram” (“Speaking of Myself”) layihəsi çərçivəsində Sumqayıtda keçirilən təlimlər sona çatdı. Video, foto və çap jurnalistikası ilə bağlı orta məktəb şagirdləri üçün aparılan təlimlərdə Sumqayıt və Qubadlı rayon məktəblərinin şagirdləri iştirak ediblər.

Təlimlərin yekununda şagirdlərin iştirakı ilə “Gənc jurnalist” adlı qəzet buraxılışı hazırlandı.

Bu gün isə Sumqayıt Rəsm Qalareyasında layihəyə vuruldu. Layihənin yekunu olaraq şagirdlərin çəkdikləri fotolardan ibarət sərgi təqdim edildi. Tədbirdə çıxış edən layihənin koordinatoru İradə Əliyeva bildirdi ki, təlimlər olduqca səmərəli olub və 53 şagird dərslərdə iştirak edərək, yeni bilik və bacarıqlar qazanıblar.

Daha sonra təlimlərdə iştirak etmiş şagirdlərə sertifikat və hədiyyələr təqdim edildi. Təlimlərdə və qəzet buraxılışının hazırlanmasında xüsusi fəallığı ilə seçilənlər isə xüsusi mükafatlarla təltif edildilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər