Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Bu təyinatdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr vəzifəsinin icrası Anar Adil oğlu Quliyevə tapşırılıb.