Pandemiya təhlükəsi varmı? – Emin Əmrullayev açıqladı

569

“Qızılca xəstəliyi barədə mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə işləyirik”.

Bu fikirləri jurnalistərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir vurğulayıb ki, ilk növbədə əsas məsələ uşaqların təhlükəsizliyidir:

“Hazırda bir neçə məktəb var ki, oralarda daha çox say müşahidə edirik. Biz başa düşməliyik ki, indi üzləşdiyimiz vəziyyət valideynlərin təxminən 9-10 il öncə verdiyi qərarın nəticəsidir.

Peyvəndləmə nə qədər az olacaqsa, xəstəlik də o qədər çox olacaq. Düşünürəm ki, ilin sonuna qədər çətin dövrü keçəcəyik. Pandemiya təhlükəsini görmürük. Uşaqların peyvəndlənməsi valideynlər tərəfindən aparılsa, belə problemlərlə gələcəkdə qarşılaşmarıq”.

***

“Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinfindən başqa distant təhsilə keçid olmayıb. Amma vəziyyət gündəlik rəqəmlərdən asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ bizim nəzarətimizdədir”, – nazir əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər