Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq.
Bu barədə Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri proqnoz verib.
Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq.
Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var.
Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq.
Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq.
Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq./Oxu.az