“Parabank” Sumqayıtda yarmarka keçirdi

1100

Bankın mütəxəssisləri sumqayıtlılara yeni məhsulları və xidmətləri haqqında təqdimat keçirib

“Parabank” ASC Sumqayıt şəhərində “Xəzər” ASC-nın konfrans zalında İqtisadi İnkişaf Nazirliyi Sahibkarlara Kömək Milli Fondu dəstəyilə kiçik və orta sahibkarlarları bankın keçirdiyi konfransa dəvət edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, konfransda kiçik və orta sahibkarlarla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar və əhali iştirak edib.

Görüşdə “Parabank”ın İctimaiyyətlə Əlaqə şöbəsinin mütəxəssisləri bankın yeni məhsulları və xidmətləri haqqında təqdimat keçirib. İştirakçıları maraqlandıran sualları “Parabank”ın Sumqayıt filialının peşəkar mütəxəssisləri cavablandırıblar.

Bu tədbirin sayəsində “Parabank”ın əməkdaşları müştərilərin və əhalinin maraq və istəklərini dinləyib, gələcəkdə daha keyfiyyətli xidmətlər göstərmək üçün qiymətli məlumat əldə etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Nərgiz
    Aprel 20, 2011 - 13:09

    sumqayit seher 17mik menzil10 dom48 kamputerde boş iş yeri varsa bildirin xahişedirem kamputer sertifikatım var

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər