Onların şəxsiyyəti müəyyənləşdirilib
Sumqayıtda dünən baş verən dəhşətli partlayışda həlak olanların sayı 4-ə çatıb. Bu barədə “Qafqazinfo”ya həmin partlayışda yaxın qohumunu itirən, hazırda hadisə yerində olan zərərçəkən məlumat verib. O bildirib ki, artıq ölən iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri Sabir Babayev, digəri isə Piri Piriyevdir. Artıq dördüncü şəxsin kimliyi də araşdırılır.
Qeyd edək ki, dünən ilkin olaraq partlayışda həlak olan şəxsin Elman Səfərov olduğu açıqlanmışdı.
Allah qeni qeni rehmet edsun,Yaxinlarina sebr versun…Ehtiatsizliqdandi hamsi!!!