Partlayışda xəsarət alanlar evə buraxılıb

616

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından “sumqayitxeber.com” saytının əməkdaşına verilən məlumata görə partlayış zamanı xəsarət alan bütün şəxslər artıq evə buraxılıb.

Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, partlayış nəticəsində xəsarət alan8 nəfərə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, sentyabrın 17-si saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş vermişdi. Qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlu hadisə zamanı həyatını itirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər