“Nə vaxt ki, Azərbaycan tərəfi hansısa bir şərhləri edir, hansılar ki, özündə optimist elementləri saxlayır, düzünü desək, bir sıra erməni analitiklərinin şərhləri məni təəccübləndirir. Birinci fərziyyə odur ki, burada hansısa qərəz göz qabağındadır. Bəs niyə belə variant nəzərə alınmır ki, bəlkə, Ermənistan hökuməti inandırıcı dəlillər gətirməyə nail olub? Mən gecə Sankt-Peterburqdan Gümriyə gələndə Azərbaycan Prezidentinin mətbuat xidməti xəbər yaydı ki, danışıq olub. Yeri gəlmişkən, biz razılaşmışdıq ki, belə qısa xəbərlər verəcəyik və nəzərə alsaq ki, xəbəri birinci onlar yaydılar, bundan böyük nəticələr çıxarmaq olar. Yenidən təkrarlayıram, istənilən insan mənim tərəfimdən deyiləni araşdıra bilər – Ermənistanın heç bir hökuməti Qarabağ məsələsində bizim hökumətimiz qədər şəffaf olmayıb. Hamının diqqətini o fakta yönəltmək istəyirəm ki, mən hər hansı rəsmi danışıq prosesində iştirak etməmişəm. Mən ümumiyyətlə hansısa danışıq prosesində iştirak etməmişəm. Biz İlham Əliyevlə iki dəfə qısa söhbət etmişik”.
Virtualaz.org panorama.am-a istinadən bildirir ki, bunu bu gün baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovun Milanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla Qarabağ münaqişəsinin nizama salınması məsələsində qarşılıqlı anlaşmanın əldə olunduğu barədə bəyanatını şərh edərkən deyib.
“Milanda Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin başçıları bəyanat razılaşdırıblar, qeyd edilib ki, bunu uzun müddət boyunca etmək mümkün olmurdu və nəhayət, razılaşdırılıb. Son 24-25 il ərzində bir çox belə bəyanatlar səsləndirilib. Belə fəallıq olub, bilirsiniz. Əgər keçən 25 illə müqayisə olunsa, onda fəallığı aşağıdan bir az yuxarı hesab etmək olar”, – deyə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı bildirib.
N.Paşinyan Azərbaycan hakimiyyətinin Naxçıvan Muxtar Respublikası və Ermənistan arasındakı sərhəddə 11 min hektarın azad olunması haqda bəyanatını da şərh edib: “Naxçıvan istiqamətində baş verən mövqe hərəkətlərinin 95%-i fevral-may aylarında olub. Əgər nəsə olubsa da, məhz həmin aylarda olub”.