Paşinyan Çəmbərəkdən Qarabağ separatçılarını hədələdi

1025

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla həmsərhəd (Gədəbəy rayonu) Çəmbərək şəhərində seçiciləri ilə görüşü zamanı Dağlıq Qarabağdakı qondarma rejimi sərt tənqid edib və hədələyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Nikol Paşinyanı hiddətləndirən Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin Ermənistandakı siyasi proseslər barədə tez-tez şərhlər verməsidir. Paşinyan qondarma “dqr prezidentinin mətbuat katibi” David Babayanı hədəf alıb. Onu hiddətləndirən isə Babayanın Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərdiyini xatırlatmasını “spekuluasiya” adlandırmasıdır.

“Mən Dağlıq Qarabağ nümayəndələrinin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar və nəyə görə Ermənistandakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasında öz iştiraklarını bu cür büruzə verirlər?”-Paşinyan deyib.

Daha sonra Ermənistan baş naziri David Babayanın özünü “qeyri-korrekt” apardığını və səlahiyyətlərini aşdığını bildirib.

“Cənab Bako Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın “prezidentinin” mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə nə olacaq? Bunun nəticələrini təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun”-Paşinyan hədələyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər