Ermənilər nöbvəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər.
Oktyabrın 11-də Yerevanda 58 ölkəni birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatının sammiti keçirilib.
Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb.
Əvvəlcə Yerevanda açılan “Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib.
Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycandan oğurlanma olub. Ermənistanın baş naziri Nikol Paşinyan, tədbirdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də başqa ölkələrin rəsmləri ziyafət zamanı erməni musiqisi kimi səsləndirilən Azərbaycan rəqs havalarına oynayıblar.
Novxanı qəsəbəsi Mehdi Hüseynzadə adına orta məkətbin musiqi müəllimi Təranə Əliməmmədova bildirib ki, birinci videoda Azərbaycanın “Duy-duy” və “Xurcunu” rəqslərinin qarışığı səsləndirilib.
İkinci videodakı hava isə Azərbaycanın “Basqalı” rəqsidir.
Frankofoniya sammitinin ziyafət hissəsində oynanılan rəqslərin və Azərbaycan rəqs musiqilərinin orjinallarını təqdim edirik.
(report)