Ermənistanın müxalif lideri Nikol Paşinyan baş nazir seçilib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında 59 millət vəkili lehinə, 42-si əleyhinə olmaqla Paşinyanın namizədliyi qəbul edilib.
Yeni baş nazir səsvermədən sonra “Ermənistan Respublikasına xidmət edəcəm” devizini səsləndirib.